Tesla Almaniyadakı zavodunun genişləndirilməsinə 3 milyard avro yatıracaq


ABŞ-nin elektrik avtomobili istehsalçısı Tesla Almaniyanın paytaxtı Berlin yaxınlığındakı Qrünhayde (Grünheide) zavodunun genişləndirilməsi üçün 3 milyard avro investisiya yatıracağını açıqlayıb.
Şirkət bu vəsait hesabına yeni istehsal binası tikməyi planlaşdırır. Burada gələcəkdə 1 milyona qədər pilotsuz idarə olunan “Cybercab” robotaksisinin istehsalı nəzərdə tutulur.
Tikinti işlərinə 2027-ci ilin ilk yarısında başlanması, istehsalın isə 2029-cu ildə işə düşməsi planlaşdırılır.
Qeyd edək ki, bu investisiya Almaniyanın yerli avtomobil istehsalçılarının yüksək istehsal xərcləri və zəif tələbatla üzləşdiyi bir vaxta təsadüf edir.