Tennisin iki əfsanəsi Malyorkada görüşdü


"Böyük dəbilqə" turnirlərinin 22 qat çempionu ispaniyalı tennisçi Rafael Nadal və 20 qat qalib isveçrəli Rocer Federer Malyorkadakı restoranların birində görüşüblər.
Offsideplus.az xəbər verir ki, məkanın sosial şəbəkə hesabında sabiq rəqiblərin birgə fotosu paylaşılıb.
Qeyd edək ki, Federer peşəkar karyerasını 2022-ci ildə Londondakı Leyver Kubokunda məhz Nadalla cütlükdə keçirdiyi görüşdən sonra başa vurub.
40 yaşlı Nadal isə 2024-cü ilin noyabrında Devis Kubokunun 1/4 finalında niderlandlı Botik van de Zandsxulp ilə oyundan sonra karyerasını yekunlaşdırıb.

Bakivaxti.az+3 mənbə