- Təbriz Ağayev

2 dəq oxu
Xəbər
18-11-2026 13:15
ŞƏRH
A+ Yazını böyüt
A- Yazını kiçilt
Azərbaycanın 35 illik müstəqillik tarixi milli inkişaf yolunun, dövlətçilik təcrübəsinin və gələcək hədəflərin yenidən dəyərləndirilməsini zəruri edir. Müasir dövrdə milli həmrəyliyin qorunması, dünya azərbaycanlılarının ortaq dəyərlər ətrafında birləşməsi xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan azərbaycançılıq ideologiyası milli birliyin və dövlətçilik düşüncəsinin əsas dayaqlarından biri kimi çıxış edir. Eyni zamanda, türk dünyasının inteqrasiyası dünyəvilik, elm, təhsil və mədəni inkişaf prinsiplərinə söykənməlidir.
Mövzu ilə bağlı “Bakı və Regionların Birgə İnkişafı” Platforması İctimai Birliyinin sədri Təbriz Ağayev Herbiand.az-a açıqlamasında fikirlərini bölüşüb:
“Azərbaycan 35 ildir müstəqil dövlət kimi öz inkişaf yolunu müəyyənləşdirir və bu müddət keçmişimizi dəyərləndirmək, əldə etdiyimiz nəticələrdən dərs çıxarmaq, gələcəyimizlə bağlı strateji qərarlar vermək üçün kifayət qədər ciddi zaman kəsiyidir.
Artıq kənardan nicat gözləmək düşüncəsindən uzaqlaşmalı, ilk növbədə öz gücümüzə, milli potensialımıza və xalqımızın intellektual imkanlarına inanmalıyıq. Azərbaycan dünyası düşündüyümüzdən də böyükdür: bu tayda 10 milyon, o tayda isə 35 milyona yaxın soydaşımız yaşayır.
Qonşu ölkələrdə: Gürcüstanda, Türkiyədə, İraqda, Suriyada, Rusiyada və dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı da milli-mənəvi dünyamızın ayrılmaz hissəsidir. Bizi birləşdirən əsas amillər ortaq tariximiz, ana dilimiz, mədəniyyətimiz, mənəvi dəyərlərimiz və milli kimliyimizdir.
Bu birliyin ideoloji təməli isə azərbaycançılıq olmalıdır. Ulu öndər Heydər Əliyevin “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır” fikri bu məfkurənin dövlətçilik və milli həmrəylik baxımından əhəmiyyətini aydın ifadə edir.
Prezident İlham Əliyevin “Azərbaycançılıq Azərbaycanın bütün xalqlarını birləşdirir” yanaşması da bu ideyanın etnik və dini mənsubiyyətdən asılı olmayaraq, ümumi Vətən və dövlət ətrafında birləşdirici mahiyyətini göstərir. Biz tayfa təəssübkeşliyinə, məzhəb ayrı-seçkiliyinə, dini və siyasi fanatizmə deyil, dünyəviliyə, milli həmrəyliyə, demokratik dəyərlərə, elmə və tərəqqiyə üstünlük verməliyik”.
Təbriz Ağayev bildirib ki, türk birliyi möhkəm və sağlam təməllər üzərində qurulmalıdır.
Onun sözlərinə görə, bu birlik qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq, ortaq maraqlar və milli dəyərlərə hörmət prinsiplərinə əsaslanmalıdır: “Turan da bizim mənəvi və mədəni evimizdir, ancaq arzuladığımız Turan modeli sekulyar düşüncəyə, elmə, biliyə, mədəniyyətə, sənətə və qarşılıqlı hörmətə əsaslanmalıdır.
Mənbə
1 mənbə



