Tbilisidə beşmərtəbəli yaşayış binasında partlayış baş verib və dağıntılar olub


15 mənbə əsasında
Gürcüstanın paytaxtı Tbilisinin Kvemo-Poniçala rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında səhər saatlarında partlayış qeydə alınıb. Hadisə nəticəsində binanın müəyyən hissəsi dağılıb və ilkin ehtimallara görə qəzaya məişət qazı ilə işləyən qızdırıcı səbəb olub. Daxili işlər nazirliyinin açıqlamasına əsasən, dağıntılar altından dörd nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib və onlardan birinin vəziyyəti ağırdır. Hazırda hadisə yerində üç azyaşlı olmaqla ümumilikdə yeddi nəfərin axtarışları davam etdirilir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Tbilisidə partlayış: dağıntılar altından bir uşaq sağ çıxarılıb - YENİLƏNİB
Tbilisinin Krtsanisi rayonunun Zemo Poniçala qəsəbəsində partlayış baş vermiş beşmərtəbəli binanın dağıntıları altından azyaşlı uşaq sağ çıxarılıb. Dağıntılar altında qalan daha 6 nəfərin axtarışları davam etdirilir. Axtarış-xialsetmə əməliyyatına xüsusi texnika, canlı qüvvə və xüsusi təlim keçmiş itlər cəlb olunub. İstinad divarının uçma ehtimalı əməliyyatın həyata keçirilməsini çətinləşdirir. Faktla bağlı cinayət işi açılıb, təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır. Qeyd edək ki, hadisəyə beşinci mərtəbədə istifadə olunan qaz qızdırıcısının partlamasının səbəb olduğu bildirilir. Partlayış zamanı xəsarət alan biri uşaq olmaqla 4 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Aparılmış yoxlamalar zamanı binanın bir hissəsinin yaşayış üçün yararsız olduğu müəyyənləşdirilib. Bu səbəbdən 28 ailə müxtəlif hotellərə yerləşdiriləcək. *** 14:34 Gürcüstanın paytaxtı Tbilisinin Kvemo-Poniçala rayonunda yaşayış binasında partlayış baş verib, nəticədə binanın bir hissəsi dağılıb. Gürcüstanın Birinci Kanalının məlumatına görə, hadisə bu gün səhər saat 09:00 radələrində beşmərtəbəli binada qeydə alınıb. İlkin məlumatlara əsasən, partlayışa məişət qazı ilə işləyən qızdırıcının səbəb olduğu ehtimal edilir. Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvilinin bildirdiyinə görə, dağıntılar altından dörd nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Onlardan biri uşaqdır. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir. Nazir bildirib ki, hadisə nəticəsində daha yeddi nəfər, o cümlədən üç azyaşlı uşaq itkin düşmüş hesab olunur. Hazırda onların axtarışı davam etdirilir.
Tam oxu Media Xəbərləri saytındaDərc vaxtına görə
Media Xəbərlərioxuduğunuz
Tbilisidə partlayış: dağıntılar altından bir uşaq sağ çıxarılıb - YENİLƏNİB
