Alyans Vəkil Bürosunun direktoru Orxan Kəngərli polis tərəfindən saxlanılıb


49 mənbə əsasında
Alyans Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli Cinayət Məcəlləsinin maddələri ilə ittiham olunur. Mənbələrin məlumatına görə, onun məhkəməyə çıxarılması gözlənilir. Vəkillər Kollegiyası baş verən hadisələrlə əlaqədar açıqlama yayaraq peşə etikası və təqsirsizlik prezumpsiyasına riayət olunmasının vacibliyini bildirib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Tanınmış vəkil narkotiklə saxlanıldı - YENİLƏNİB
Bakıda tanınmış vəkilin saxlanılmasının bəzi təfərrüatı məlum olub. Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə 5 nəfər tutulub. Əməliyyat zamanı onlardan xeyli miqdarda güclü təsiredici psixotrop maddələr aşkarlanıb. Saxlanılan şəxslərdən biri Azərbaycan Vəkillər Kollegiyasının üzvü, "Alyans" Vəkil Bürosunun vəkili Orxan Kəngərlidir. Faktla bağlı Cinayət Məcəlləsinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi başlanılıb. *** 08:56 Bakıda tanınmış vəkil saxlanılıb. Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, "Alyans" Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli polis tərəfindən saxlanılıb. Vəkil narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur. Onun bu gün məhkəməyə çıxarılacağı gözlənilir. Faktla bağlı araşdırma aparılır.
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Tanınmış vəkil narkotiklə saxlanıldı - YENİLƏNİB

APA+1 mənbə