Tanınmış jurnalist axtarışa verildi - bu ölkədə


Rusiyalı jurnalist Yekaterina Qordeyeva cinayət işi çərçivəsində axtarışa verilib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, jurnalistin adı Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasına daxil edilib. Onun hansı maddə ilə axtarışa verildiyi isə dəqiqləşdirilməyib.
Qeyd edək ki, avqustun 7-də Qordeyeva barəsində Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumatların yayılması maddəsi ilə cinayət işi açılıb. İstintaqın iddiasına görə, jurnalist “Telegram” kanalında Rusiya ordusunun Ukraynada mülki əhaliyə qarşı hərəkətləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayıb.
Bu maddə ilə onu 10 ilədək həbs cəzası gözləyə bilər. Qordeyeva 2022-ci ilin payızında Rusiyanın xarici agentlər reyestrinə daxil edilib.
