Tanınmış bloger xərçəngdən VƏFAT ETDİ


Beyin xərçəngi ilə mübarizə aparan 25 yaşlı bloger Amatistanı xilas etmək mümkün olmayıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, üç il ərzində xərçəng xəstəliyindən müalicə alan məşhur bloger Amatista (əsl adı Fernandes) vəfat edib. Bu barədə “Dexerto” məlumat yayıb.
“Bu gün Kata bu maddi dünyanı tərk etdi. Bədəni dinclik tapdı, lakin onun işığı, sevgisi və bu dünyaya bəxş etdiyi bütün gözəlliklər əbədi olaraq hər birimizin qəlbində yaşayacaq”, – deyə ailəsi bildirib.
Yaxınlarının sözlərinə görə, xəstəliyinə baxmayaraq, Amatista bütün diqqətini xərçəngə yönəltməyib və həyatını dolğun yaşamağa çalışıb.
Blogerin xərçəng xəstəliyinə tutulduğu 2023-cü ildə məlum olub. Ona bədxassəli beyin şişinin bir növü olan medulloblastoma diaqnozu qoyulub. Amatista müalicə prosesi barədə sosial şəbəkələrdə mütəmadi məlumat paylaşıb. O, kimyaterapiya kursları keçib və əməliyyat olunub.