Tanınmış aparıcı 59 yaşında ANA OLACAQ


Britaniyalı televiziya aparıcısı və həkim Rene Hunderkamp 59 yaşında üçüncü dəfə ana olacağını açıqlayıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “The Daily Beast” nəşri məlumat yayıb.
Hunderkamp GB News telekanalının efirində 12 həftəlik hamilə olduğunu bildirərək qız övladı gözlədiyini deyib.
59 yaşlı aparıcı süni mayalanma (IVF) üsulu ilə hamilə qaldığını və bu prosesdə əvvəllər dondurulmuş yumurtalarından istifadə etdiyini açıqlayıb. O, uğurlu nəticə əldə etmək üçün prosedurdan üç dəfə keçməli olub.
Hunderkamp gec yaşda ana olmaq qərarına görə tənqidlərə məruz qaldığını da etiraf edib. Onun sözlərinə görə, bəziləri bu qərarı eqoistlik kimi qiymətləndirir və gələcəkdə uşağını tək qoymaq ehtimalını gündəmə gətirirlər.
“Məni eqoist olmaqda ittiham edirlər. ‘Beş ildən sonra ölsəm necə olar?’ deyirlər. Özümü yaxşı formada saxlamağa çalışıram və ümid edirəm ki, belə bir şey baş verməz”, – deyə aparıcı bildirib.
Qeyd edək ki, Hunderkamp ilk övladını – oğlu Kalumu 21 yaşında dünyaya gətirib. Hazırda 37 yaşı olan Kalumdan başqa, aparıcının 51 yaşında dünyaya gətirdiyi Alis adlı qızı da var.
Televiziya aparıcısı yetkin yaşda ana olmağın onun üçün 21 yaşındakı analıq təcrübəsindən daha asan olduğunu bildirib.