Süni intellekt yaxın 5-10 ildə xərçəngə qalib gələ bilməyəcək


İsveçrənin əczaçılıq şirkəti “Novartis”in rəhbəri Vas Narasimhan süni intellektin yaxın 5-10 il ərzində xərçəngə qalib gəlməsinin mümkün olmadığını bildirib.
Operativ Media xəbər verir ki, Narasimhan bu qənaətini insan orqanizmində baş verən proseslər barədə elmi biliklərin məhdud olması ilə əsaslandırıb.
Onun sözlərinə görə, elm insan orqanizmində baş verən proseslərin yalnız təxminən 5%-ni öyrənib.
Bu isə süni intellektin elmi tədqiqatların nəticələrini əvvəlcədən proqnozlaşdırmaq imkanlarını məhdudlaşdırır.
Şirkət rəhbəri qeyd edib ki, süni intellekt proqramlaşdırma və dil sahələrində uğurlu nəticələr göstərsə də, insan orqanizmindəki mürəkkəb bioloji prosesləri anlamaq və tibbi tədqiqatların nəticələrini proqnozlaşdırmaq daha çətindir.