Sumqayıt şəhərinin 77 illik yubileyi münasibətilə rəsmi tədbir təşkil olunub


7 mənbə əsasında
Sumqayıt şəhərinin status almasının 77-ci ildönümü ilə əlaqədar Muğam Mərkəzində bayram tədbiri baş tutub. İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, Samsun bələdiyyəsinin sədri Halit Doğan, millət vəkilləri və ictimaiyyət nümayəndələrinin qatıldığı mərasimdə şəhərin inkişaf tarixinə həsr olunan film göstərilib. Çıxışlarda ötən əsrin 70-80-ci illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Sumqayıtın sənaye və sosial sahələrdə əldə etdiyi nailiyyətlər xatırlanıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü münasibətilə şəhərdə təntənəli tədbir keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, Sumqayıt Şəhər Muğam Mərkəzində keçirilən tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, qardaşlaşmış şəhər Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Halit Doğan, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, şəhərin tanınmış ziyalıları, əmək və müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Sumqayıtın keçdiyi inkişaf yolunu, müasir simasını və əldə etdiyi nailiyyətləri əks etdirən film nümayiş olunub. Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 77 illik yubileyi münasibətilə tədbir iştirakçılarını və bütün sumqayıtlıları təbrik edib, Sumqayıtın zəngin inkişaf tarixindən, formalaşma və tərəqqi mərhələlərindən danışıb. Şəhər rəhbəri qeyd edib ki, Sumqayıtın tarixində ötən əsrin 70-ci illəri və 80-ci illərinin birinci yarısı xüsusi yer tutur. Məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin dövrdə Sumqayıt böyük inkişaf və tərəqqi mərhələsinə qədəm qoyub. Ulu Öndərin şəhərə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Sumqayıtın sənaye potensialı genişlənib, sosial infrastrukturu inkişaf edib, şəhərin gələcək inkişafının möhkəm təməli yaradılıb. Bu gün də sumqayıtlılar Ulu Öndərin şəhərin inkişafı naminə gördüyü işləri böyük minnətdarlıq hissi ilə xatırlayırlar. Zakir Fərəcov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində Sumqayıt son illərdə əsaslı şəkildə yenilənərək müasir, abad və dinamik inkişaf edən şəhərə çevrilib. Prezident İlham Əliyevin Sumqayıta hər səfəri şəhərin həyatında mühüm hadisə olmaqla yanaşı, yeni inkişaf mərhələsinin başlanğıcı kimi yadda qalıb. Şəhərdə həyata keçirilən genişmiqyaslı quruculu
Tam oxu Media Xəbərləri saytındaDərc vaxtına görə
