Sumqayıtın 77-ci ildönümü atəşfəşanlıqla qeyd olundu


Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü münasibətilə Nəsimi adına mədəniyyət və istirahət parkında atəşfəşanlıq təşkil olunub.
Bizim.Media xəbər verir ki, möhtəşəm atəşfəşanlıq Göyərçin abidəsinin yaxınlığında baş tutub.
Rəngarəng görüntüləri izləmək üçün yüzlərlə şəhər sakini parkda toplaşıb. Atəşfəşanlıq gecə səmasını bəzəyərək yubiley sevincini yaşayan sumqayıtlılara unudulmaz anlar yaşadıb.
Qeyd edək ki, 1949-cu il noyabrın 22-də şəhər statusu alan Sumqayıt 77 il ərzində böyük inkişaf yolu keçib. Bu gün şəhər özünəməxsus gözəlliyi, müasir görünüşü və dinamik inkişafı ilə seçilir.
Doğma şəhərin yubileyini bayram əhval-ruhiyyəsində qeyd edən sakinlər üçün atəşfəşanlıq əlamətdar günə xüsusi rəng qatıb. (Report.az)
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
Dərc vaxtına görə
Bizim.mediaoxuduğunuz
Sumqayıtın 77-ci ildönümü atəşfəşanlıqla qeyd olundu
