Sumqayıtda məsciddə gecələyən qadının əri həbs olundu


Sumqayıtda həyat yoldaşına bədən xəsarətləri yetirən 1971-ci il təvəllüdlü Camaləli Dəmirov (ad-soyad şərtidir) məsuliyyətə cəlb olunub.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, qadının şikayətindən sonra Sumqayıt polisi tərəfindən araşdırma aparılıb.
Araşdırmanın nəticəsinə uyğun olaraq, C.Dəmirov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə çıxış edən zərərçəkən qadın hər gün təhqir olunub döyüldüyünü, işdən gələrkən evə buraxılmadığını, bu səbəbdən gecələr qonşuda və məscidə gecələdiyini deyib. O, ərindən şikayətçi olduğunu, onu bağışlamadığını bildirib.
Məhkəmənin qərarına əsasən, C.Dəmirov 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Dərc vaxtına görə