Sudanda BMT binasına dron hücumu: Ölənlər var


Sudanın paytaxtı Xartum və ətraf ərazilərdə pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.
Xitab24.az Al Jazeera telekanalına istinadən xəbər verir ki, hücumlar nəticəsində azı dörd nəfər həlak olub. BMT-yə məxsus binaya və digər obyektlərə də ziyan dəyib.
BMT humanitar əməkdaşların təhlükəsizliyinin ciddi risk altında olduğunu bildirib.