STM KARGU ilə bağlı paylaşım edib: “Dağların üstündən bir ulduz doğdu”


STM şirkəti milli kamikadze PUA-sı KARGU ilə bağlı görüntüləri sosial media hesabında yayımlayıb.
Ordu.az xəbər verir ki, STM şirkəti milli kamikadze PUA-sı KARGU ilə bağlı görüntüləri sosial media hesabında paylaşıb.
Türkiyə bayrağının və KARGU sisteminin görüntülərinin yer aldığı paylaşımda platformanın əməliyyat imkanlarına diqqət çəkilib.
STM tərəfindən hazırlanan KARGU bir nəfər tərəfindən daşına bilən, fırlanan qanadlı milli kamikadze PUA-sı sistemi kimi fəaliyyət göstərir. Sistem sabit və hərəkət edən hədəflərə qarşı dəqiq zərbə endirmək imkanına malikdir. Elektro-optik və infraqırmızı kameraları sayəsində gecə və gündüz tapşırıqlarını yerinə yetirə bilir.
Avtonom naviqasiya imkanına malik KARGU operatorun idarəetməsi altında hədəfləri aşkarlaya və nişanalma həyata keçirə bilir. Müxtəlif tapşırıqlar üçün şəxsi heyətə qarşı və zirehdələn döyüş başlığı variantları mövcuddur. Sistem, həmçinin qrup halında fəaliyyət göstərmək imkanına malikdir.
Qeyd edək ki, KARGU 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib. Sistem kəşfiyyat, müşahidə və dəqiq zərbə tapşırıqlarında istifadə oluna bilər.
Sevinc Əliyeva Ordu.az