"Spartak" "Beşiktaş"ın hücumçusundan əl çəkmir
1sport.az1Sport.az

"Spartak" "Beşiktaş"ın futbolçusu Hyon-Qyu Onu heyətinə qatmaq istəyir.
1Sport.az xəbər verir ki, yay transfer pəncərəsinin son günündə rədd cavabı alan Moskva təmsilçisi yanvarda cənubi koreyalı forvard üçün yenidən rəsmi təklif göndərməyə hazırlaşır.
İngiltərə Premyer Liqası klublarının da maraq göstərdiyi oyunçunun 2029-cu ilə qədər müqaviləsi var.
Qeyd edək ki, "qara qartallar" Onu satmağı düşünməsə də, ən azı 30 milyon avroluq təklif gələcəyi halda qərarını dəyişə bilər.
