"SpaceX" raketi ABŞ-nin optik-elektron kəşfiyyat peyklərini orbitə çıxarıb


“Falcon 9” raketi ABŞ Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsinin (NRO) bir qrup mini-peykini orbitə çıxarıb.
“İki sahil” xəbər verir ki, bu barədə “SpaceX” şirkətindən məlumat verilib.
Məlumata əsasən, raket ABŞ-ın Kaliforniya ştatında yerləşən Vandenberq Kosmik Qüvvələr bazasından Sakit okean vaxtı ilə saat 04:23-də start götürüb.
NROL-136 missiyası çərçivəsində 2023-cü ildən bəri optik-elektron kəşfiyyat peyklərinin 15-ci qrupu orbitə göndərilib.
Daşıyıcının faydalı yükündəki aparatların təyinatı və sayı barədə ətraflı məlumatlar ciddi şəkildə məxfi saxlanılır.
1 mənbə