Sosial ödəniş alanların sayı 110 mini ötüb


2026-cı ilin yanvar-oktyabr ayları ərzində Abşeron-Xızı iqtisadi rayonu üzrə ümumi əsaslarla təyin edilmiş pensiyalar (xüsusi şərtlərlə təyin olunan pensiyalar istisna olmaqla), təqaüdlər, aylıq və birdəfəlik müavinətlər, eləcə də ünvanlı dövlət sosial yardımı üzrə ümumilikdə 395 milyon manatdan çox vəsait ödənilib.
Dövlət Sosial Müdafiə Fondundan Bakıvaxtı.az-a verilən məlumata görə, cari ilin oktyabr ayı ərzində sosial ödənişlərin ümumi məbləği 41 milyon manatdan çox təşkil edib. Ay ərzində sosial ödəniş alanların ümumi sayı 110 min nəfəri ötüb.
Bildirilib ki, pensiya alanların 33 min nəfərdən çoxu ümumi əsaslarla yaşa görə, 13 min nəfərdən çoxu əlilliyə görə, 6 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə pensiya alan şəxslərdir.
Oktyabr ayında sosial ödənişlərin ümumi məbləğində pensiyaların payı 64 faiz, aylıq müavinətlərin payı 12 faiz, Prezident təqaüdlərinin payı 11 faiz, birdəfəlik müavinətlərin payı 5 faiz, ÜDSY üzrə ödənişlərin payı isə 8 faiz təşkil edib.
İnzibati ərazilər üzrə göstəricilərə gəldikdə Sumqayıt şəhərində 35 min nəfərdən çox şəxs pensiya, 13 min nəfərdən çox şəxs aylıq müavinət, 1 000 nəfərdən çox şəxs birdəfəlik müavinət, 14 min nəfərdən çox şəxs isə Prezident təqaüdü alıb.
Abşeron rayonunda pensiya alanların sayı 17 min nəfərdən, aylıq müavinət alanların sayı 9 min nəfərdən, birdəfəlik müavinət alanların sayı 1 000 nəfərdən, Prezident təqaüdü alanların sayı isə 8,9 min nəfərdən çox olub.
Xızı rayonunda isə 1,2 min nəfərdən çox şəxs pensiya, 700 nəfərdən çox şəxs aylıq müavinət, 66 nəfər birdəfəlik müavinət, 700 nəfər isə Prezident təqaüdü alıb.
Dərc vaxtına görə
.jpg)