SON DƏQİQƏ! Üçtərəfli görüş BAŞLADI - Kreml İLK KADRLARI YAYIMLADI - VİDEO


Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində tarixdə ilk üçtərəfli görüşə başlayıblar.
Musavat.com xəbər verir ki, TASS agentliyinin məlumatına görə, danışıqların əvvəlində hər üç lider birgə foto çəkdirib.
Qeyd olunur ki, Vladimir Putin və Si Cinpin görüş üçün tünd qırmızı çalarlarda klassik qalstuk, Donald Tramp isə açıq göy rəngli qalstuk seçib.
Üçtərəfli görüşdə çıxış edən Vladimir Putin sammitin təşkilinə görə Si Cinpinə təşəkkürünü bildirib və danışıqlarda qlobal və regional əlaqələrin, eləcə də enerji təhlükəsizliyinin müzakirəsini təklif edib.
Rusiya lideri vurğulayıb ki, Rusiya, ABŞ və Çini təkcə İkinci Dünya müharibəsində qalib gəlmiş ölkələr statusu deyil, həm də beynəlxalq sülhün qorunması üzrə məsuliyyət birləşdirir. Putin həmçinin qeyd edib ki, bu gün Tramp ilə keçirdiyi görüşdə ABŞ liderinin təşəbbüsü ilə Ukrayna münaqişəsinə geniş diqqət ayrılıb.
Öz növbəsində Donald Tramp sammitdə Ukrayna məsələsinin müzakirə olunacağını və bu mövzunu artıq Putinlə müzakirə etdiyini bəyan edib.
***
12:38
Çinin Şençjen şəhərində yerləşən "Silin Şançjuan" iqamətgahında Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında keçirilən üçtərəfli görüşdən ilk görüntülər yayımlanıb.
Musavat.com xəbər verir ki, görüşün başlanğıcına dair kadrları Rusiya Prezidentinin mətbuat xidməti ("Kremlin.ru") paylaşıb.
Xatırladaq ki, Rusiya lideri bir qədər əvvəl danışıqların keçiriləcəyi "Silin Şançjuan" iqamətgahına gəlib.
Musavat.com
Rusiya prezidenti Vladimir Putin Çinin Şençjen şəhərində yerləşən "Silin Şançjuan" iqamətgahına gəlib.
Musavat.com xəbər verir ki, bu məkanda Rusiya liderinin ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşünün keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutacaq bu görüş dünya mediasının və beynəlxalq ictimaiyyətin əsas diqqət mərkəzindədir.
Dərc vaxtına görə
