SON DƏQİQƏ! Alman nazir Bakıdan dərhal sonra BU ÖLKƏYƏ UÇDU - FOTO


Almaniyanın xarici işlər naziri Yohan Vadeful Azərbaycana səfərini başa çatdıraraq İrəvana gedib.
Musavat.com xəbər verir ki, "Flightradar24" platformasının məlumatına görə, naziri daşıyan Almaniya Hərbi Hava Qüvvələrinə məxsus "Airbus A350-900" tipli təyyarə Bakıdan İrəvana Gürcüstanın hava məkanından keçməklə uçub.
Xatırladaq ki, Yohann Vadeful noyabrın 17-18-də Azərbaycanda səfərdə olub.
Səfər çərçivəsində Almaniya XİN başçısı Bakıda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
Eyni zamanda, o, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib, ikitərəfli strateji tərəfdaşlıq, regional təhlükəsizlik və sülh gündəliyi ilə bağlı müzakirələr aparıb.
Musavat.com