Soltanlıya qayıdan şəhid oğlu: Orada vətən üçün canından keçənlərin adlarını uca edəcəyik


Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Həm həyəcanlıyıq, həm də kədərli. Sevincliyik, ona görə ki 33 ildən sonra işğaldan azad olunan torpaqlarımıza qayıdırıq. Kədərliyik, şəhidlərimizə, qazilərimizə görə.
Bunu "Report"a açıqlamasında Cəbrayıl rayonunun Soltanlı kəndinə köç edən Birinci Qarabağ müharibəsində şəhid olmuş kapitan Əli Hüseynovun oğlu Eldar Hüseynov deyib.
"Allahımıza çox-çox şükürlər edirik ki, bizə bu günə yaşatdı. Ali Baş Komandana yenidən bizi doğma yurdumuza, el-obamıza qaytardığına görə öz təşəkkürümüzü bildiririk", - o qeyd edib.
Şəhid oğlunun sözlərinə görə, dədə-baba yurdu boş qalmayacağı üçün sevincilidir:
"Oranın hər bir qarışında bizim şəhidlərimizin, qazilərimizin qanı var. İndi biz onların adını uca saxlamağa çalışacağıq".
1 mənbə