SOCAR-ın STAR neft emalı zavodu sentyabrda nafta istehsalını nə qədər artırıb? - Baku TV


2026-cı ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki neft emalı zavodu olan STAR-da 545 938 tona yaxın dizel yanacağı istehsal edilib.
Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumunun məlumatına görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18 962 ton və ya 3,6% çoxdur.
Qeyd edək ki, zavodun açılışı 19 oktyabr 2018-ci ildə olub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod illik 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
1 mənbə