"Sky Residence Group" MMC-nin vergi borcu yaranıb


Paytaxtın Yasamal rayonunda hüquqi qeydiyyatda olan "Sky Residence Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə xeyli məbləğdə vergi borcu var.
32gun.az-ın əldə etdiyi xəbərə görə, cəmiyyətin hazırkı vergi borcu 28.288,56 AZN (28 min 288 manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 8A ünvanında qeydiyyatda olan MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə İlqar Cəmiyyət oğlu Əhmədovdur.
Ayaz
