Sibiqa ABŞ-Çin-Rusiya görüşündə Putinə təzyiq göstərilməsini istəyib


Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ, Çin və Rusiya liderlərinin görüşündə Moskvanın müharibəni dayandırmağa məcbur edilməsi istiqamətində təzyiq göstərilməsinə çağırıb.
Sibiqa bildirib ki, Ukraynanın iştirakı olmadan ölkənin gələcəyi ilə bağlı heç bir qərar qəbul edilə bilməz. O, üçtərəfli görüşün dünyanın nüfuz dairələrinə bölünməsi ideyasına qayıdış mesajı verməməli olduğunu vurğulayıb.
Nazir görüşün Rusiyaya müharibəni başa çatdırmaq üçün beynəlxalq təzyiqin artırılmasına xidmət etməli olduğunu qeyd edib.
