Şeyx Əbdüldən ÜZÜCÜ XƏBƏR: “Yaşamaq üçün mübarizə aparıram”


Maqazin
20 Noyabr 2026, 13:27
0 baxış
Xalq artisti, tanınmış rejissor və aktyor Əbdül Mahmudbəyov ağır əməliyyat keçirib.
Bunu Yeniçag.az-a açıqlamasında rejissor özü bildirib. Dünən xəstəxanadan evə buraxılan Şeyx Əbdül səhhətinin yaxşı olmadığını deyib:
“Bir neçə gün öncə ağır əməliyyat olundum. Noyabrın 20-də də göz əməliyyatı olunacaq. Hər iki əməliyyatımı Heydər Əliyev Fondu üzərinə götürdü. Onlara dərin minnətdarlığımı bildirirəm. Hazırda evdə müalicələrim davam edir. Bronxlarım, mədəm, bir yandan da Parkinson xəstəliyinə düçar olmuşam. Ayaqlarımda da keyimələr olur. Sağlamlığıma qovuşmaq üçün həyatla mübarizə aparıram. Dostlarıma səslənirəm, çünki onların dəstəyinə çox ehtiyacım var”.