Şeyma Subaşı verdiyi sözə əməl etmədi: dirək rəqsi videosu gündəm oldu


Mənəviyyata yönəldiyini və əvvəlki həyat tərzini dəyişəcəyini açıqlayan Şeyma Subaşı bu dəfə dirək rəqsi videosu ilə gündəmə gəlib.
Subaşı sosial şəbəkə hesabında studiyada dirək rəqsi etdiyi görüntüləri paylaşaraq “Yağmur, ən şirin idmançı, yenə məni əldən saldı...” qeydini yazıb.
O, daha əvvəl bikinili foto və videolarını artıq nadir hallarda paylaşacağını bildirsə də, son paylaşımları ilə yenidən diqqət çəkib.
