Səudiyyə Ərəbistanı Yəməndə müharibənin 2027-ci ilə qədər davam edəcəyinə hazırlaşır


18.11.2026 - 20:46
20
Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı müharibənin 2027-ci ilin ortalarınadək davam edə biləcəyini nəzərə alaraq hazırlıqlar görür.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “Clash Report” Səudiyyə Ərəbistanının planları ilə tanış olan iki Qərb rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Ər-Riyad husilərlə danışıqlara başlamazdan əvvəl Yəməndəki müttəfiq qüvvələrinin daha çox ərazi əldə etməsini istəyir. Səudiyyə tərəfi hərbi əməliyyatların daha altı ay davam edə biləcəyini ehtimal edir.
Mənbələrin bildirdiyinə görə, İranla daha genişmiqyaslı müharibənin başa çatması Yəməndə döyüşlərin intensivliyinin azalmasına səbəb ola bilər.
Hazırda Səudiyyə Ərəbistanı və Yəmən hökumətinə bağlı qüvvələr ölkənin müvəqqəti paytaxtı Ədən şəhərinin müdafiəsini gücləndirmək üçün yenidən təşkilatlanır.
Qeyd edək ki, 2022-ci ildə əldə olunmuş atəşkəsdən sonra bu ilin yayında Yəməndə döyüşlər yenidən başlayıb.
Rauf
1 mənbə
Report+2 mənbə