Sertifikasiyadan kəsilənlər daha çox bu müəllimlərdir - NAZİR


"Sertifikasiya nəticələrinə əsasən işdən azad edilən müəllimlərin böyük hissəsini ibtidai sinif müəllimləri təşkil edib".
Moderator.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
Nazir bildirib ki, məqsəd ayrı-ayrı müəllimlərin nüfuzuna xələl gətirmək və ya onların bacarıqlarını kiçiltmək deyil: “Sadəcə, fakt budur ki, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərimizin böyük bir hissəsi orta ixtisas təhsillidir. Bu vəziyyət uzun müddət ölkədə müəllim çatışmazlığının olması ilə əlaqədar formalaşıb. Lakin artıq biz tamamilə ali təhsilə keçmişik. Yəni həm ibtidai, həm də məktəbəqədər təhsil səviyyəsində tədrisin ali təhsilli müəllimlər tərəfindən aparılması nəzərdə tutulur. İnanırıq ki, uzunmüddətli perspektivdə bunun müsbət təsirini görəcəyik”.
RU
16:20, Bu gün Arda Güler və Kenan Yıldız nüfuzlu mükafat uğrunda mübarizə aparacaqlar
16:15, Bu gün Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"
16:10, Bu gün Zaur Psixiatriya Xəstəxanasında palata yoldaşını necə öldürüb? - Təfərrüat
16:05, Bu gün Peşə hazırlığına cəlb olunanların illik sayının 2030-cu ilədək 25 minə çatdırılması hədəflənir
16:00, Bu gün “Danışmaqxana” söhbəti böyüdü - Firudin Cəlilovdan Səyyad Arana SƏRT etiraz
15:55, Bu gün Təhsilə 5,4 milyard manat - repetitor asılılığı nə vaxt bitəcək?
15:51, Bu gün "Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq
15:50, Bu gün Gündə iki fincan qəhvə Parkinson riskini azalda bilər – Alimlərdən maraqlı açıqlama
15:46, Bu gün Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olundu
15:44, Bu gün Abşeronda yük maşınından 10 min manatlıq OĞURLUQ
Dərc vaxtına görə
Moderator.az xəbər portalıoxuduğunuz
Sertifikasiyadan kəsilənlər daha çox bu müəllimlərdir - NAZİR