Sənaya hava zərbəsi endirilib, yaralılar var


DÜNYA
22 Noyabr 2026 | 16:24 | Müəllif: Günəş Mərd
Yəmənin paytaxtı Sənada yanacaq obyektinə endirilən hava zərbəsi nəticəsində 6 nəfər yaralanıb.
Bakıvaxtı.az “Associated Press“ agentliyinə istinadən xəbər verir ki, hücum dövlət neft şirkətinə məxsus obyektə qarşı həyata keçirilib.
Husilərin nəzarətində olan Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, hava zərbəsi nəticəsində 6 işçi xəsarət alıb, şirkətin binasına ziyan dəyib.
Hücumu hansı tərəfin həyata keçirdiyi hələlik məlum deyil.
Dərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Sənaya hava zərbəsi endirilib, yaralılar var
