Şəki şəhəri Antalya şəhərində keçirilən COP31 tədbirində qlobal iqlim təşəbbüsünə qoşulub


4 mənbə əsasında
Türkiyənin Antalya şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası çərçivəsində Azərbaycanın Şəki şəhəri beynəlxalq səviyyəli təşəbbüsdə yer alıb. Şəhər İcra Hakimiyyətinin verdiyi məlumata əsasən, “C40 Cities” və Qlobal Merlər Razılaşmasının birgə həyata keçirdiyi “İllik Fəaliyyət Təklifi” proqramında dünyanın 69 şəhəri sırasına daxil edilən Şəki “Şəki iqlim dəyişmələrinə davamlı yaşıllıq sahələrini genişləndirir” şüarı ilə təmsil olunub. Konfrans müddətində şəhərin iqlim sahəsində həyata keçirdiyi tədbirlər rəqəmsal ekranlarda nümayiş etdirilib və nümayəndələrə məlumat kartları paylanılıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Şəki COP31 çərçivəsində qlobal iqlim təşəbbüsündə dünyanın 69 şəhəri sırasında yer alıb
Şəki, 21 noyabr, AZƏRTAC Türkiyənin Antalya şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Şəki şəhəri dünyanın 69 şəhərinin iştirak etdiyi qlobal iqlim təşəbbüsündə yer alıb.Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, COP31 çərçivəsində “C40 Cities” və İqlim və Enerji üzrə Qlobal Merlər Razılaşmasının (GCoM) birgə həyata keçirdiyi “İllik Fəaliyyət Təklifi” (Yearly Offer of Action) adlı iqlim təşəbbüsünün həmsədri olan London şəhərinin meri eyniadlı panel iclasda dünyanın müxtəlif ölkələrindən 69 șəhərin 2027-ci il üçün nəzərdə tutduqları iqlim fəaliyyətləri haqqında məlumat verib. Beynəlxalq təqdimatda Şəki şəhəri “Şəki iqlim dəyişmələrinə davamlı yaşıllıq sahələrini genişləndirir” (“Sheki is expanding climate-resilient green spaces”) şüarı ilə təmsil olunub. Bu təşəbbüs şəhərlərin iqlim dəyişmələrinə qarşı həyata keçirdikləri konkret tədbirlərin və iqlim öhdəliklərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir. Təşəbbüs çərçivəsində digər seçilmiş şəhərlərlə yanaşı, Şəki şəhərinin iqlim fəaliyyətləri COP31-in iki həftəsi boyunca rəqəmsal ekranda nümayiş etdirilib. Şəkinin nümunəvi fəaliyyətini əks etdirən təqdimat kartı da konfrans nümayəndələrinə paylanılıb.Qeyd edək ki, Şəkinin qlobal təșəbbüsdə təqdim etdiyi fəaliyyətin mərkəzində dayanan layihələrdən biri Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında aparılan bərpa və yenidənqurma işləridir. Bununla yanaşı, Şəki şəhərində yaşayış evlərinin, küçələrin abadlaşdırılması, şəhərin yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində də işlər həyata keçirilir. Bu məqsədlə quraqlığa davamlı bitkilərin əkilməsi, enerjiyə qənaət edən işıqlandırma və damcı suvarma sistemlərinin tətbiqi nəzərdə tutulur. Bu tədbirlər su ehtiyatlarından daha səmərəli istifadəyə, enerji istehlakının azaldılmasına və yaşı
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə
