Şəhriyar Məmmədyarov erməni şahmatçıya uduzdu


ABŞ-ı təmsil edən erməni qrossmeyster Levon Aronyan Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Total Chess Pilot 2026” turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova qalib gəlib.
Modern.az xəbər verir ki, bu barədə turnirin təşkilatçıları məlumat yayıb.
Görüşün ilk oyun günündə Aronyan 9:11 hesabı ilə məğlub olub. İkinci gündə isə o, 13,5:6,5 hesabı ilə qələbə qazanıb.
Qalibi müəyyənləşdirmək üçün əlavə – Armageddon partiyası keçirilib. Həlledici qarşılaşmada Aronyan qara fiqurlarla oynayaraq qələbə qazanıb.
L.Aronyan 13-14-cü yerlər uğrunda oynamaq hüququ qazanıb.
Ş.Məmmədyarov isə 15-16-cı yerlər uğrunda yarışacaq.
