Şəhid qardaşı şəhid bacısı ilə evləndi - Foto


Biləsuvarda şəhid Ziyarət Hüseynovun qardaşı Vüqarla şəhid Zöhrab Kərimovun bacısı Günel ailə həyatı qurublar.
Bizim.Media xəbər verir ki, rayonun şadlıq saraylarından birində keçirilən məclisdə şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və ölkəmizin müxtəlif bölgələrindən gələn qonaqlar bir araya gələrək şəhidlərimizin doğmalarına mənəvi dəstək olub, onlara sevinc dolu anlar yaşadıblar. Bu əlamətdar gündə iştirak edənlər gənclərin xoşbəxtliyinə şərik olub, onlara uzunömürlü, sevgi və səadət dolu ailə həyatı arzulayıblar.
Qeyd edək ki, hər iki şəhidimiz 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olublar. (Qafqazinfo.az)
Fotoda: Şəhid Ziyarət Hüseynov
Fotoda: Şəhid Zöhrab Kərimov
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
Dərc vaxtına görə

Oxu.az+4 mənbə