Şəhid Elçin Əliyevin xatirəsi anılıb


Şəhidlər xiyabanında ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Əliyev Elçin Əliqardaş oğlunun anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhid Elçin Əliyevin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailə üzvlərinə və doğmalarına dərin hüznlə başsağlığı verərək onlara səbir diləyib. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda canlarından keçən igid Vətən övladlarının şücaətindən söz açaraq bildirib ki, onların Vətənə sədaqəti və torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri rəşadət xalqımızın yaddaşında daim yaşayacaq, şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad olunacaq. Eyni zamanda, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin şəhidlərimizin misilsiz fədakarlığının və xalqımızın sarsılmaz birliyinin nəticəsi olduğunu qeyd edib.
İlqar Abbasov, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edib. Şirvan şəhərində də şəhid ailələri və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşıldığını, onların müraciət və problemlərinin həlli istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Çıxışlar zamanı ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin Vətən qarşısındakı xidmətləri ehtiramla yad edilib. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əhəmiyyəti vurğulanıb. Şəhidlərin əziz xatirəsinin yaşadılması və onların Vətənə sədaqət nümunəsinin gələcək nəsillərə çatdırılmasının hər kəsin mənəvi borcu olduğu qeyd edilib. Sonra Şəhidlər xiyabanında dəfn olunan digər şəhidlərin məzarları ziyarət edilib, onların əziz xatirəsi ehtiramla yad olunaraq məzarları üzərinə gül dəstələri düzülüb. Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Şəhid Elçin Əliyev ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilib.
Dərc vaxtına görə
Faktornews.azoxuduğunuz
Şəhid Elçin Əliyevin xatirəsi anılıb
