Sefas və komandası səfər qolunun qurbanı oldu


Şriftin ölçüsü:
18.11.2026 11:56
KONKAKAF Millətlər Liqasının A Liqasında 1/4 finalın cavab görüşləri keçirilir.
Futbolxeber.az saytının məlumatına görə, Yamayka yığması ilk matçda öz meydanında 3:2 hesabı ilə məğlub etdiyi Meksika ilə səfərdə üz-üzə gəlib. Matç meksikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu yarışda səfər qolu prinsipi ləğv olunmadığı üçün Meksika millisi ümumi nəticədə (3:3) üstün hesab olunub və mərhələ adlayıb.
Yamayka millisinə dəvət alan “Qarabağ”ın üzvü Renaldo Sefas da bu görüşün iştirakçıları arasında olub. Meydana start heyətində çıxan vinger görüşü əvəzolunmadan keçirib.
