Səbail RİH: Badamdarda sürüşmə yaşayış evləri üçün risk yaradır, sakinlərə ərazini tərk etmək tövsiyə olunub


Son günlər yağan intensiv yağışlar nəticəsində Badamdar–20-ci sahədə sürüşmə prosesi yenidən aktivləşib, ərazidə ciddi deformasiyalar və dağıntılar yaranıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edilib ki, prosesin daha geniş sahəni əhatə etməsi ehtimalı ərazidəki yaşayış evləri, digər tikililər və sakinlərin təhlükəsizliyi üçün risk yaradır.
“Yaranmış vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Eyni zamanda, sakinlərə mövcud təhlükə barədə ətraflı məlumat verilib və təhlükəsizlik məqsədilə ərazini müvəqqəti tərk etmələri tövsiyə olunub”, - məlumatda bildirilib.
Xatırladaq ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar–20-ci sahədə sürüşmə aktivləşib.
Dərc vaxtına görə