Samuxda ölümlə nəticələnən qəzanın səbəbi məlum olub


Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin səbəbi məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Məlumatda bildirilib ki, sürət həddini yol şəraitinə uyğun seçməyən sürücü və sərnişini faciənin qurbanı olublar:
"Noyabrın 17-də saat 19 radələrində Samux rayonunun Qədili kəndində, mürəkkəb relyefə malik ərazidən keçən yolda "Chevrolet Niva" avtomobilinin sürücüsü İlyas Aslanov sürət həddini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetməni itirib.
Yoldan çıxaraq dərəyə yuvarlanan avtomobilin sürücüsü hadisə yerində həyatını itirib, sərnişini Əziz Məmmədov isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb".
İdarədən qeyd olunub ki, hadisənin ağırlıq dərəcəsinə təsir göstərən amillərdən biri də sürücü və sərnişinin təhlükəsizlik kəmərini bağlamadıqları üçün dərəyə yuvarlanarkən, eləcə də zərbənin təsirindən avtomobildən kənara atılarkən aldıqları xəsarətlər hesab edilir:
"BDYPİ yüksək sürətin ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, bununla yanaşı sürücüləri yol və hava şəraitini daim nəzərə almağa, təhlükəsizlik kəmərini bağlamağa və sərnişinlərin də bu həyat əhəmiyyətli qaydaya qeyd-şərtsiz əməl etmələrinə nail olmağa çağırır.
Unutmayaq! Qayda pozuntusu hüquqi məsuliyyət, onun fəsadları isə heç zaman bərpası mümkün olmayan itkilər doğurur".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/cemiyyet/sam…
Qaynar xətt:
(055) 224 12 12
Dərc vaxtına görə
