“Sakinlər heç cür hərəkət edə bilmirlər” | Səbail rayonunun əhalisi niyə çətin durumdadır? - Baku TV
Baku TVAtakişizadə Əfsanə


21 noyabr 2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonunun Arif İsmayılov küçəsinin sakinləri uzun müddətdir yolsuzluqdan əziyyət çəkirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, küçə müxtəlif qurumlar tərəfindən aparılan qazıntı və kommunikasiya işlərindən sonra yararsız vəziyyətə düşüb.
Sakinlər bildirirlər ki, xüsusilə yağışlı havalarda küçə keçilməz olur. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək problem həllini tapmayıb.
Kopyalandı