Sahilboyu ərazilərdə qanunsuz tikililərin sayı açıqlandı


Xəzər dənizinin Azərbaycan hissəsində qanunsuz tikililərin sayı 3 min 227 ədəddir.
Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev Xəzər Dənizinin Sahilboyu Ərazilərinin İdarəedilməsinin Təşmilləşdirilməsi ilə bağlı brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu tikililər 58,9 hektar ərazini əhatə edir.
"Əslində bu tikililərə tam qanunsuz tikili də demək düzgün deyil. Çünki elə işlər var ki, onlar barəsində hələ də araşdırma aparılır. Ümumi olaraq bu tikililəri əsassız tikili adlandırmaq olar", - deyə o, əlavə edib.
Bizimesr.info
Dərc vaxtına görə
Realnews.azoxuduğunuz
Sahilboyu ərazilərdə qanunsuz tikililərin sayı açıqlandı
