Qobu Park yaşayış massivində sahibsiz itlərin yaratdığı təhlükə davam edir


3 mənbə əsasında
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Qobu Park yaşayış massivinin sakinlərini sahibsiz itlər narahat edir. Binaların həyətlərində dolaşan heyvanlar piyadalara və motosiklet sürücülərinə hücum edərək təhlükə törədirlər. Sakinlərin sözlərinə görə, əvvəllər bəzi heyvanlar ərazidən uzaqlaşdırılsa da, problem yenidən qayıdıb. Hücumlara məruz qalanlar arasında kompleksin xidməti işçiləri də var.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
Qobu Park yaşayış massivində sakinlər yenə sahibsiz itlərin hücumundan şikayətçidirlər. Bir müddət əvvəl bir neçə nəfərin dişlənməsi ilə gündəmə gətirdiyimiz ərazidə problem davam edir. Qobu Parkda sahibsiz itlərdən şikayəti çəkərkən özümüz də təhlükə ilə üzləşdik. İtlər çəkiliş qrupumuza tərəf gəlsələr də, ətrafda çox adam olduğundan yaxınlaşmadılar. Ancaq, sakinlər deyirlər ki, binaların həyətindən hər dəfə təhlükəsiz keçə bilmirlər. Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən bu massivdən bir müddət əvvəl də reportaj hazırlamışdıq. Həmin vaxt sakinlər bir səhər beş nəfərin itlər tərəfindən dişləndiyini bildirmişdilər. İtlərin hücumuna məruz qalanlar arasında kompleksə xidmət göstərən işçilər də var. Səhər erkən həyətləri təmizləyənlər, su təchizatına nəzarət edənlər işlərini görməkdə çətinlik çəkdiklərini deyirlər. Danışdırdığımız su təchizatı işçisi də belə halla üzləşdiyini bildirir. İtlər ona da xəsarət yetirib. Sakinlərin sözlərinə görə, itlərin bir hissəsi aparıldıqdan sonra ərazidə vəziyyət müvəqqəti dəyişib. İndi isə binaların arasında yenidən çoxlu sahibsiz it var. Onlar təkcə piyadaların deyil, motosikletlə hərəkət edənlərin də arxasınca qaçır. Mediaxeberleri.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Tam oxu Media Xəbərləri saytındaDərc vaxtına görə
Media Xəbərlərioxuduğunuz
Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
