Şagirdlərin sayı sürətlə azalır -

Şagirdlərin sayı sürətlə azalır - bir ildə 20 min...
10:44 / 19.11.2026
Azərbaycanda ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı əvvəlki illə müqayisədə 20,4 min nəfər azalıb.
AFN.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Statistikaya əsasən, azalma əsasən kənd məktəblərinin payına düşüb. 2025/2026-cı tədris ilində şəhər məktəblərində 1 milyon 96,8 min, kənd məktəblərində isə 577,9 min şagird təhsil alıb.
2024/2025-ci tədris ilində isə şəhər məktəblərində 1 milyon 98,4 min, kənd məktəblərində 596,7 min şagird qeydə alınıb.
Beləliklə, bir il ərzində şəhər məktəblərində şagirdlərin sayı 1 600 nəfər, kənd məktəblərində isə 18 800 nəfər azalıb.
Ümumilikdə, ölkə üzrə ümumi təhsil müəssisələrində oxuyan şagirdlərin sayı əvvəlki tədris ili ilə müqayisədə 20 400 nəfər azalıb.
AFN.az
1 mənbə
