Sabirabadda evlənmək məqsədilə qaçırılan azyaşlı qız və oğlan tapılıb


CƏMİYYƏT
21.11.2026, 16:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sabirabadda evlənmək məqsədilə qaçırıldığı bildirilən azyaşlı qızın və oğlanın yeri məlum olub.
Oxu24.com -un məlumatına görə, noyabrın 19-da Sabirabad rayonunun Cavad kənd sakini, 2009-cu il təvəllüdlü oğlanın 2011-ci il təvəllüdlü qızı evlənmək məqsədilə qaçırması ilə bağlı qızın atası polisə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində qız və oğlan kənd ərazisində tapılaraq valideynlərinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Həmçinin oxuyun
Digər xəbərlər
Dərc vaxtına görə