Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ


CƏMİYYƏT
19 Noyabr 2026 | 15:38 | Müəllif: Əli Hüseynov
Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.
Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəzi şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Dərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ
