“Sabah”ın müdafiəçisi heyətdə yer alsa da, meydana çıxmadı


“Sabah”ın müdafiəçisi Timoteuş Puxaçın da heyətində yer aldığı Polşa milli komandası Millətlər Liqasının B4 qrupunda son oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Polşa millisi İsveçi qəbul edib və oyun 1:1 hesabı ilə başa çatıb.
Puxaç heyətdə yer alsa da, meydana çıxmayıb.
Polşa millisi qrupda üçüncü yeri tutub (5 xalla) və bununla da, B Liqasındakı yerini qoruyub saxlamağı bacarıb.
