"Sabah Constracti̇on" MMC-nin külli miqdarda vergi borcu var


Beyləqan rayonunda hüquqi qeydiyyatda olan "Sabah Constracti̇on" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə xeyli məbləğdə vergi borcu yaranıb.
32gun.az-ın əldə etdiyi xəbərə görə, şirkətin hazırkı vergi borcu 140.971,89 AZN (140,9 min manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Beyləqan rayonu, Təzəkənd ərazisində qeydiyyatda olan MMC-nin nizamnamə kapitalı cəmi 4 AZN, qanuni təmsilçisi isə Rasim Çərkəz oğlu Səfərovdur.
Reyestr tarixçəsindən məlum olur ki, şirkətin rəhbərliyində ötən illər ərzində bir neçə dəfə dəyişiklik baş verib. Belə ki, 24 oktyabr 2019-cu il tarixində Tural Mikayıl oğlu Baxışov, 2 oktyabr 2020-ci il tarixində Cəlal Məmməd oğlu Qafarov, 22 noyabr 2022-ci il tarixində isə Həmidə Məhəmməd qızı Qafarova ilə bağlı qeydlər əks olunub, 6 dekabr 2022-ci il tarixindən etibarən isə cəmiyyətə Rasim Çərkəz oğlu Səfərov rəhbərlik edir.
Nilay
