"Sabah"a məğlubiyyət baha başa gəldi: "Trabzonspor" baş məşqçisini qovdu


FIBA Basketbol Çempionlar Liqasının A qrupundakı IV matçında "Sabah"a məğlubiyyətdən (72:91) sonra "Trabzonspor"da baş məşqçi ayrılığı gerçəkləşib.
Offsideplus.az xəbər verir ki, Türkiyə klubu 56 yaşlı mütəxəssis Selçuk Ernakın müqaviləsinə xitam verildiyini rəsmən açıqlayıb.
Bununla da komandada 1,5 illik Ernak dövrü başa çatıb.
2025-ci ilin iyulundan "Trabzonspor"u çalışdıran təcrübəli baş məşqçi ötən mövsüm komandanı Türkiyə Superliqasında "pley-off"a çıxarmağı başarmışdı. Qaradəniz təmsilçisi bu mövsüm daxili çempionatda 4 qələbə və 3 məğlubiyyətlə mübarizə aparır.
1 mənbə