Saba Lazışvili Umar Nurmaqomedova çağırış edib


Gürcüstanlı MMA döyüşçüsü Saba Lazışvili UFC-nin perspektivli idmançısı Umar Nurmaqomedova açıq çağırış ünvanlayıb. O, Nurmaqomedovu RAF təşkilatında bir-birinə qarşı döyüşməyə dəvət edib və istənilən vaxt bu qarşılaşmaya hazır olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Lazışvili RAF turnirində Yuraya Feyberi 12-7 hesabı ilə məğlub edib. Turnirdən əvvəl isə Əbu-Dabidə yerləşən oteldə Usman Nurmaqomedov, Saba Lazışvili və Merab Dvalişvili arasında insident baş verib. Hadisə nəticəsində bütün iştirakçılar polis tərəfindən saxlanılıb. 13 noyabrda məlum olub ki, insidentdə iştirak edən 10 nəfərdən 8-i həbs cəzası alıb. Qeyd edək ki, bu insidentdən sonra Merab Dvalişvilinin dostu sosial şəbəkələrdə böyük populyarlıq qazanıb və iki gün ərzində 500 min izləyici toplayıb.
