Rusiyanın tanınmış biznesmenləri Çilidə yol qəzasında ÖLDÜ – FOTOLAR


Rusiyanın ən böyük Zoopet mağazalar şəbəkələrindən birinin sahibləri Çilidə qəzada həlak olublar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın “Four Paws” Zoopet mağazalar şəbəkəsinin təsisçiləri, 67 yaşlı Andrey və Marina Tsipinlər Çilidə yol qəzasında həyatlarını itiriblər.
Onların olduğu turist mikroavtobusu dağlıq ərazidə yük maşını ilə toqquşub.
Qəza nəticəsində daha beş nəfər, o cümlədən hər iki nəqliyyat vasitəsinin sürücüləri və bələdçi xəsarət alıb.
Məlumata görə, yük maşınının sürücüsü Ariel Qustavo Makanyani hadisə zamanı narkotik maddənin təsiri altında olub.
Onun qanında və axtarış zamanı kokain aşkarlanıb.
Tsipinlər bizneslərini 1992-ci ildə Moskvaətrafı Jukovski şəhərində qurublar.
Hazırda şəbəkənin Rusiyada 600-dən çox mağazası fəaliyyət göstərir.
Xuraman Etibarlı
İnterpress.az