Rusiyanın Odessaya hücumu nəticəsində üç nəfər ölüb, yeddi nəfər yaralanıb


Rusiyanın Odessanın mərkəzinə hücumu nəticəsində üç nəfər ölüb, yeddi nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, tibb işçiləri yaralananlara tibbi yardım göstərir.
"Bundan əlavə, hücum nəticəsində yaşayış binalarının, kafelərin və mağazaların şüşələri sındırılıb. Bir avtomobil yandırılıb, bir neçə avtomobilə isə ziyan dəyib", - deyə Kiper qeyd edib.
1 mənbə
