Rusiyada demoqrafik sorğuların keçirilmə tezliyi ARTIRILIR


Rusiyada uşa sahibi olmaq istəyi ilə bağlı sorğuların keçirilmə tezliyi artırılacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyada əhalinin uşaq sahibi olmaq planları ilə bağlı sorğuların hər beş ildən bir deyil, üç ildən bir keçirilməsi planlaşdırılır.
Növbəti araşdırmanın 2027-ci ildə aparılması nəzərdə tutulur.
Sorğular zamanı vətəndaşların neçə uşağa sahib olmaq istədikləri və valideyn olmağa mane olan səbəblər araşdırılacaq. Sorğuların keçirilmə intervalının azaldılması təşəbbüsünü fevral ayında Rusiya Prezidenti Vladimir Putin dəstəkləyib.
Uşaq sahibi olmaqdan imtina edənlərin əsas səbəbləri arasında maddi çətinliklər, qeyri-sabitlik və müharibə göstərilir.
Xuraman Etibarlı
İnterpress.az