Rusiya XİN-dən İrəvana sərt cavab

1 dəq oxu
Xəbər
Gündəm 11:20 12 yan, 2023
Bir məsələ ilə bağlı rəsmi İrəvanın bəyanatları ciddi şəkildə fərqlənəndə Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir.
Qazet.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Əgər İrəvan həqiqətən də müəyyən edilmiş problemlərin, üçtərəfli sazişlərin həllində maraqlıdırlarsa, o zaman boş fəlsəfə ilə məşğul olmaqdansa, birgə işi davam etdirmək lazımdır. Rusiya tərəfinin təklifi isə bu məsələnin həlli üçün platforma təqdim etməkdir. Sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları da qüvvədə qalır”, - Zaxarova bildirib.
Mənbə
1 mənbə



