Rusiya Ukraynaya yüzlərlə dron və raketlə hücum etdi


Rusiya Ukraynaya son dövrlərin ən genişmiqyaslı hava hücumlarından birini həyata keçirib.
Xitab24.az Deutsche Welle nəşrinə istinadən xəbər verir ki, Ukrayna rəsmilərinin məlumatına əsasən, hücum zamanı 400-dən çox dron və 110 raket istifadə olunub. Ən azı 8 nəfərin həlak olduğu bildirilir.
Zərbələr nəticəsində körpülər, enerji infrastrukturu və mülki obyektlərə ziyan dəyib.